NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

...

Rusiya Azərbaycan ilə ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə ardıcıl inkişafın tərəfdarıdır və mədəni-humanitar sahədə tammiqyaslı əməkdaşlığın yenidən bərpasını zəruri hesab edir.

"Şərq qapısı" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF-2026) çərçivəsində keçirilən brifinqdə bildirib.

“Moskva ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə ardıcıl inkişafın tərəfdarıdır. Bu, hər iki xalqın maraqlarına uyğundur. Yaranmış fasilədən sonra mədəni-humanitar sahədə tammiqyaslı əməkdaşlığın yaxın vaxtlarda yenidən bərpasını zəruri hesab edirik”, – deyə Rusiya XİN nümayəndəsi bildirib.

Mariya Zaxarovanın sözlərinə görə, bir sıra təşəbbüslər mövcuddur və onlar ən yüksək səviyyədə müzakirə olunub.

Nəşr edilib : 04.06.2026 17:51