Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndidə...
19:15 01.07.2025
0
0
0
Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) sadiqliyinin strateji xarakteri var və konkret nəticələrə nail olmağa yönəlib.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişafın Maliyyələşdirilməsi üzrə 4-cü Qlobal Konfransında (FFD4) çıxışı zamanı bildirib.
O xatırladıb ki, Azərbaycanın dünyada beş ölkədən biri və regionda DİM-lərin həyata keçirilməsi ilə bağlı IV Könüllü Milli Hesabatı təqdim edən ilk ölkədir.
Azərbaycanın Baş nazirinin müavini qeyd edib ki, geosiyasi gərginliyin artması və hərbi münaqişələr DİM-lərin maliyyələşdirmə bazasını ciddi şəkildə pozur.
"Münaqişədən sonrakı iqtisadi bərpa dövlətlərin büdcəsi üçün daha bir kəskin problemə çevrilib. Mənim ölkəm də bununla üzləşir. Uzun illər ərzində Azərbaycan qonşu Ermənistan tərəfindən öz ərazisinin 20 faizinin işğalı ilə mübarizəyə əhəmiyyətli maliyyə resursları yönəltməli olub", - o bildirib.
Digər xəbərlər