Elbrus İsayev: “Bu görüş universitetlərarası əməkd...
17:55 14.05.2025
0
0
0
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Macarıstanın görkəmli yazıçısı, ictimai xadim Şandor Lejak dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini və onun adını daşıyan muzeyi ziyarət edib. Eyni zamanda TÜRKSOY-un Baş katibi Sultan Raev, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Con fon Neyman Universitetinin nümayəndə heyəti, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyev və NDU-nun rəhbər heyəti ziyarətdə iştirak ediblər. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Heydər Əliyev Muzeyi ilə tanış olunub, muzeydə Ulu Öndərin Naxçıvan dövründəki fəaliyyəti, Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətləri barədə geniş məlumat əldə edilib. Ziyarətçilər muzeydə Heydər Əliyevin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərinə, şəxsi əşyalarına, diplomatik görüşlərini əks etdirən sənədlərə və xatirə hədiyyələrinə baxış keçiriblər. Muzeyin ekspozisiyasında Ulu Öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olduğu dövrdə həyata keçirdiyi mühüm siyasi qərarları əks etdirən materiallarla tanış olublar.
Sonda xatirə fotosu çəkilib.
Digər xəbərlər