FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Naxçıvan televiziyası və "Şərq qapısı" qəzeti tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Sözün gücü” layihəsi icra olunur.
"Şərq qapısı" xəbər verir ki, layihə çərçivəsində mayın 26-da Culfa rayonunda seminar keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya elmləri doktoru Nuray Əliyeva, Naxçıvan televiziyasının əməkdaşı, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, "Şərq qapısı" qəzetinin şöbə müdiri Nail Əsgərov və Naxçıvan Dövlət Uşaq Teatrının rejissoru, Əməkdar artist Nurbəniz Niftəliyeva çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl dövlət siyasətindən bəhs olunub, mediada ədəbi dil normalarına ciddi riayət edilməsinin vacibliyi vurğulanıb, ailədə, məktəblərdə şagirdlərə düzgün nitq mədəniyyətinin aşılanmasının milli-mənəvi dəyərlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.
Bildirilib ki, ana dili milli kimliyin, tarixi yaddaşın və mənəvi bütövlüyün əsas sütunlarından biridir. Bu baxımdan, dilin saflığının qorunması, yad təsirlərdən mühafizə olunması və onun zəngin imkanlarının gələcək nəsillərə ötürülməsi dilçi alimlərin, media nümayəndələrinin, müəllimlərin və ümumilikdə, hər bir vətəndaşın mənəvi borcudur.
Seminarda mediada ədəbi dil normalarının gözlənilməsinin əhəmiyyəti ayrıca diqqətə çatdırılıb. Qeyd edilib ki, televiziya, qəzet və rəqəmsal media yalnız informasiya vasitəsi deyil, həm də cəmiyyətin nitq mədəniyyətini formalaşdıran mühüm platformadır. Buna görə də jurnalistlərin və media nümayəndələrinin Azərbaycan dilinin incəliklərinə həssas yanaşması, dilin düzgün və zəngin formada təqdim olunması xüsusi məsuliyyət tələb edir.
Digər xəbərlər