FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə 17 may–Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Naxçıvan Dövlət Texniki Kollecində “Rəqəmsal gələcək və gənclər” mövzusunda tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə çıxış edən rəsmilər informasiya-kommunikasiya texnologiyalarının inkişafı, süni intellektin yaratdığı imkanlar, rəqəmsal transformasiya və kibertəhlükəsizliyin əhəmiyyətindən danışıblar. Bildirilib ki, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması onların gələcək əmək bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verir.
Panel sessiyasında rəqəmsal savadlılıq, sosial medianın təsiri, telekommunikasiya sahəsində yeni peşələr və süni intellektin gələcəyi ilə bağlı təqdimatlar olub.
Qeyd edilib ki, tədbirin əsas məqsədi tələbələrin informasiya texnologiyaları və rəqəmsal təhlükəsizlik sahəsində məlumatlılığını artırmaq, onların peşə seçimi və karyera inkişafına dəstək göstərməkdir.
Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər