FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Türkiyədə turizm şirkətinə məxsus sərnişin avtobusu Dənizli-Aydın şosesində maneələrə çırpılıb və daha sonra yanıb.
“Şərq qapısı” “TRT Haber”ə istinadla xəbər verir ki, nəticədə, sürücü də daxil olmaqla, 8 nəfər ölüb, 33-ü xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Məlumata görə, İzmirdən Antalyaya gedən avtobusda 38 sərnişin və 3 heyət üzvü olub.
Qəza səbəbindən Dənizli istiqamətində yol, təxminən, 4 saat nəqliyyatın hərəkəti üçün bağlı qalıb. Yanmış avtobus götürüldükdən sonra yol yenidən açılıb.
Digər xəbərlər