Naxçıvan kitab sərgisi şair, yazıçı, publisist Aqş...
17:10 10.05.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun sol kənarındakı tut bağında tinglər suvarılıb, onlara aqrotexniki qulluq işləri aparılıb və dibçəkdə yetişdirilən tut tingləri əkilib.
Aksiyada iştirak edən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayev bildirib ki: "Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu, adını ölkəmizin tarixinə qızıl hərflərlə yazdıran şəxsiyyətdir. Onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Biz bu tədbiri keçirməklə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramımızı, onun ideyalarına sədaqətimizi bir daha nümayiş etdiririk." Nazir onu da diqqətə çatdırıb ki, “Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planınına uyğun olaraq cari il ərzində muxtar respublikada 408 hektarda meşəsalma, meşəbərpa və yeni bağların salınması nəzərdə tutulub.
Həmçinin qeyd olunub ki, ötən il 1 hektarlıq həmin ərazidə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə tut bağı salınmışdı.
Digər xəbərlər