NAXÇIVAN :

11 May 2025, Bazar

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert keçirilib

...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” çərçivəsində  10 may tarixdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivlərinin, Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun  iştirakı ilə konsert proqramı keçirilib. Konsertin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Qeyd edək ki, konsert proqramı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Nəşr edilib : 10.05.2025 22:18