NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan şəhərində növbəti əmək yarmarkası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, aktiv məşğulluq tədbirində nasos qurğularının maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və digər peşə istiqamətləri üzrə vakansiyalar təqdim olunub.
Yarmarkada iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

Nəşr edilib : 03.06.2026 19:26