AZ EN RU

“Mənim yay tətilim” adlı uşaq rəsm sərgisi açılıb

İyulun 29-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda  İRS “ Mənim yay tətilim” adlı uşaq sərgisi açılıb.

Tədbirdə Rəssamlar Birliyinin üzvü sənətşünas Nizami Alıyev muxtar respublikamızda uşaqlara diqqət və qayğı göstərildiyini vurğulayıb, mədəniyyətin hər bir sahəsində istedadı və bacarığı olan uşaqların sayının getdikcə artdığını bildirib.

Qeyd olunub ki, bu, rəssamlıqda da özünü göstərir. Mütəmadi olaraq uşaqlar arasında keçirilən ustad dərsləri, rəsm-sərgi müsabiqələri onların bu sahəyə marağını artırır, həmçinin uşaqlara öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı verir. Bugünkü sərgidə məktəblilərin yay tətili ərzində diqqətlərini çəkən hadisələri öz düşüncələrində formalaşdıraraq əks etdirmələri və bacarıqlarının inkişafı məqsədilə həyata keçirilir. Nümayiş etdirilən rəsm əsərlərində onlar yay istirahətlərini və tətildə yaddaqalan hadisələri müxtəlif üsullarla kağız üzərinə köçürüblər.

Digər çıxış edənlər sərgi münasibətilə uşaqları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müsabiqədə yer tutan uşaqlara diplomlar təqdim edilib, sərgiyə baxış olub.

Qeyd edək ki, sərgidə 21 şagirdin 60 rəsm əsəri nümayiş olunub. Sərgi bir həftə davam edəcək.

Aytac CƏFƏRLİ

 

Nəşr edilib : 30.06.2022 15:00