Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon d...
19:42 27.06.2026
0
0
0
12 iyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 iyun tarixdə Naxçıvan şəhərində uşaq əməyinə qarşı monitorinqlər keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətindən “Şərq qapısı”na bildirilib ki, monitorinqlər Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri, Naxçıvan Şəhər Polis İdarəsi, habelə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.
Saat 10:00-dan etibarən Naxçıvan şəhəri ərazisində yerləşən bir sıra ictimai iaşə obyektlərində, uşaq əməyindən istifadə hallarının aşkarlanması məqsədilə yerində baxış keçirilib.
Eyni zamanda maarifləndirmə məqsədilə hazırlanmış təbliğat vərəqələri, broşürlər könüllülərin iştirakı ilə vətəndaşlara paylanılıb, uşaq əməyinin zərərləri və qarşısının alınması ilə bağlı məlumatlandırma aparılıb.
Monitorinq zamanı əmək fəaliyyətinə cəlb olunmuş 2 uşaq aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, hər 2 uşaq qanunvericiliyin tələblərinə əməl olunmaqla işləyirlər.
Bu kimi tədbirlər uşaq hüquqlarının müdafiəsi və uşaq əməyinin qarşısının alınması istiqamətində görülən işlərin davamı olaraq həyata keçirilir.
Qeyd edək ki, monitorinqlər komissiya tərəfindən mütəmadi olaraq təşkil olunur.
Digər xəbərlər