NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

2025-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

2025-ci ilin yanvar-iyul aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 927 milyon 298 min 100 manat olmuşdur ki, bu da  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4,3 faiz artaraq 1967,1 manat olmuşdur.

*** 

Cari ilin yanvar-iyul aylarında muxtar respublikada 297 milyon 565 min 100 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 14,0 faiz çoxdur. Sənaye məhsulunun 246 milyon 698 min 400 manatı və ya 82,9 faizi malların, 50 milyon 866 min 700 manatı və ya 17,1 faizi isə xidmətlərin payına düşmüşdür. 
Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 77,9 faizi emal, 19,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

2025-ci ilin yanvar-iyul aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 118 milyon 423 min 900 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 45,9 faiz çoxdur.
Əsas kapitala vəsait qoyuluşunun 88 milyon 214 min 600 manatı və ya 74,5 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 35,2 faiz çoxdur.

***

Cari ilin yanvar-iyul aylarında muxtar respublikada 210 milyon 615 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 104 milyon 153  min 800 manatı bitkiçilik sahəsi üzrə, 106 milyon 462 min  manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,3 faiz azalmışdır.

***

2025-ci ilin yanvar-iyul aylarında muxtar respublikada nəqliyyat sektorunda 4 milyon 138 min 700 ton yük, 27 milyon 287 min 800 sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 0,9 faiz artmışdır. 

***

Cari ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz artaraq  22 milyon 666 min 500 manat olmuşdur. Xidmətlərin 45,7 faizi mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

***

2025-ci ilin yanvar-iyul aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 789 milyon 356 min 900 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Ticarət şəbəkəsində 405 milyon    729 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 383 milyon 627 min 500 manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 57,1 faiz artaraq 2025-ci il iyul ayının 1-ə milli valyuta ekvivalentində 31 milyon 843 min 700  manat təşkil etmişdir. Əmanətlərin 93,3 faizi milli, 6,7 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,4 dəfə artmışdır.

***

Cari ilin yanvar-iyul aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 69 milyon 19 min 990 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7 milyon 504 min 880 dollarını və ya 10,9 faizini ixrac olunmuş məhsulların, 61 milyon 515 min 110 dollarını və ya 89,1 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 10,2 faiz, o cümlədən idxal 13,1 faiz azalmış, ixrac isə 24,8 faiz artmışdır.

***

2025-ci ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 120 milyon 172 min 900 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur.

***

2025-ci ilin yanvar-iyun aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 825,7 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çoxdur.

***

1 iyul 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2093 nəfər və ya 0,4 faiz artaraq 471718 nəfər olmuşdur.
 

Nəşr edilib : 13.08.2025 17:36