NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

...

2027-ci ildə baza ssenari ilə müqayisədə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində (OMXÇ) deyilir.

Bildirilir ki, neft qiyməti riskində olduğu kimi iqtisadi artım üzrə də qeyri-müəyyənlikləri nəzərə almaq məqsədilə qeyri-neft-qaz ÜDM-in artım tempinin baza proqnozundan potensial kənarlaşmaları müxtəlif ehtimal intervalları üzrə qiymətləndirilib. Qeyri-neft-qaz ÜDM-in artım tempi üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 0,5, 1, 1,5 və 2 faiz bəndi kənarlaşmalar əsasında formalaşdırılıb.

Qeyri-neft-qaz ÜDM-in artım tempinin müxtəlif ssenarilər üzrə dəyişməsinin fiskal göstəricilərə təsirini qiymətləndirmək məqsədilə 2027–2030-cu illər üzrə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti və icmal büdcə balansının ÜDM-ə nisbətində baş verə biləcək dəyişikliklər hesablanıb.

Nəşr edilib : 16.10.2026 12:43