NAXÇIVAN :

17 Sentyabr 2026, Cümə axşamı

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək

...

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-i 109,1 milyard manat təşkil edəcək.
“Şərq qapısı” Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2030-cu ildə isə ÜDM-in 169,1 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 138,6 milyard manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,4 faiz olacağı proqnozlaşdırılır. 2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 82 faizə çatacağı gözlənilir.

Nəşr edilib : 16.09.2026 23:06