NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çinin böyük holdinqi olan “DBH Group”un nümayəndələri ilə görüşüb.
“Şərq qapısı” Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Gürcüstanın investisiya imkanları və ölkədəki əlverişli biznes mühiti müzakirə olunub.
Tərəflər enerji sektoru və bərpaolunan enerjinin inkişafı sahəsində əməkdaşlıq, eləcə də bu sahədə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin rolu və Gürcüstanın imkanları vurğulanıb, bu layihənin xarici investorlar üçün əlavə imkanlar yaratdığı qeyd edilib.

Nəşr edilib : 16.09.2026 21:34