Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksi...
15:14 12.09.2026
0
0
0
Naxçıvanda təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbində yenidənqurma və bərpa-gücləndirmə işləri tam yekunlaşdırılıb. Məktəb yeni tədris ilindən şagird və pedaqoji heyətin istifadəsinə veriləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, 522 şagird yerlik, 3 mərtəbəli məktəbdə 30 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.
Məktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi, həmçinin içməli su və yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə su anbarları istifadəyə hazır vəziyyətə gətirilib.
Müasir təhsil mühitinin formalaşdırılmasına xidmət edən layihə məktəbin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, şagirdlərin daha əlverişli və təhlükəsiz şəraitdə təhsil almasına imkan yaradacaq.
Digər xəbərlər