Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağ...
16:46 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
8 noyabr 2020-ci il hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündür. Vətən müharibəsini qələbə ilə sonlandıran Zəfər Günüdür. Qarabağ münaqişəsinə silahlı qüvvələrimizin şücaəti və qəhrəmanlığı ilə nida qoyulduğu, bizlərə yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşadan əlamətdar gündür. Qazandığımız Zəfər xalq olaraq bizi ölkə rəhbərinin ətrafında ali amal uğrunda “dəmir yumruq” kimi birləşdirdi. Elə-obaya, Vətənin torpağına-daşına, suyuna, aranına, dağına sonsuz sevgi və məhəbbətimizi nümayiş etdirdi. Böyük Qələbə torpaq uğrunda gözünü qırpmadan özünü fəda edən igid oğulların qəhrəmanlığı sayəsində əldə olundu. Xalqımızın ölkə rəhbərinə olan sevgisini, inamını, etimadını daim yaşadan Qələbə oldu. Zəfər günü Azərbaycan xalqının və dünya azərbaycanlılarının Müzəffər Ali Baş Komandana əbədi minnətdarlıq bayramıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı sayəsində qazandığımız misilsiz qələbə regionda yeni reallıq yaratdı. Vətən müharibəsində əldə olunan Zəfərin önəminə bir daha diqqətçəkən Prezident İlham Əliyev deyib: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik”.
Prezident İlham Əliyev adını xalqımızın tarixinə parlaq hərflərlə yazdırmış Müzəffər Sərkərdə, qalib Ali Baş Komandandır. O, Azərbaycan xalqının Vətən və yurd həsrətinə son qoymuş, onun arzularını gerçəkliyə çevirmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan hərbçilərinin, Silahlı Qüvvələrimizin şücaəti sayəsində Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı zəfər, torpaqlarımızın işğaldan azad olunması xalqımızın, dövlətimizin çoxəsrlik tarixində ən şərəfli hadisələrdən biri olmuşdur. Bu qələbə sayəsində Azərbaycan tarixi ədaləti bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini öz gücü, qüdrəti hesabına həyata keçirmişdir. Bu qələbə “Qarabağ Azərbaycandır və nida” deyərək bütün dünyaya Qarabağın əsl sahiblərinin kim olduğunu bəyan edən Ali Baş Komandanın gərgin zəhmətinin, cəsarətinin nəticəsidir. O, Şuşada, Laçında və işğaldan azad olunan digər şəhər və rayonlarımızda üçrəngli bayrağımızı dalğalandıraraq Ulu Öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirmişdir.
Hazırda Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ, yeni bir dövr başlamışdır. Azərbaycan dövləti 30 illik işğal dövründə tamamilə dağıdılan, talan olunan yurdlarımızın, şəhər və rayonlarımızın yüksək səviyyədə yenidən qurulması, orada həyatın bərpa olunması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün bütün imkanları səfərbər etmişdir. Həmin ərazilərdə müasir şəhərsalma nümunələri, texnologiyaları tətbiq etməklə, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mütəmadi olaraq həmin ərazilərə səfərlər edir. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlara qayıdış prosesinə də rəhbərlik edir. Bu missiyada da Azərbaycan xalqı İlham Əliyevin ətrafında mütəşəkkil şəkildə birləşib.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər