NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

8 Noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

...

Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində və kəndlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin əməkdaşları ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Tədbir zamanı Culfa şəhəri və kəndlərdə, ümumilikdə, 2 000-ə yaxın həmişəyaşıl, dekorativ və meyvə ağacları əkilərək ərazilərin yaşıllaşdırılması və ekoloji mühitin yaxşılaşdırılması işlərinə töhfə verilib.

Nəşr edilib : 06.11.2025 11:12