Elbrus İsayev: NASCO29 gənc tədqiqatçıların elmi p...
15:37 30.10.2026
0
0
0
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb.
"Şərq qapısı" xəbər verir ki, Arseni Cioyev (86 kiloqram) 1/4 finalda Yunanıstan təmsilçisi, dünya və Avropa çempionu Georgios Kugiumtsidisi 3:1 hesabı ilə məğlub edib. Giorgi Meşvildişvili (125 kiloqram) isə türkiyəli Hakan Büyükçınqılı 10:1 hesabı ilə üstələyərək adını yarımfinala yazdırıb.
Nurəddin Novruzov (61 kiloqram) 1/8, Kənan Heybətov (70 kiloqram) 1/4 finalda rəqiblərinə uduzublar.
Qeyd edək ki, hələlik Azərbaycanın aktivində 3 medal var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar, Nihat Məmmədli (63 kiloqram) isə gümüş mükafata sahib çıxıb.
Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.
Digər xəbərlər