Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Mən ABŞ və Azərbaycan şirkətləri arasında əməkdaşlıq üçün potensialı olan bir neçə sahəni vurğulaya bilərəm. Azərbaycan iqtisadiyyatının ən gözəl tərəfi onun müxtəlifliyidir. Bu gün hətta enerji sektoru iqtisadiyyatın yalnız kiçik bir hissəsini təşkil edir. Bu da göstərir ki, iqtisadiyyat çox geniş və şaxəlidir.
"Şərq qapısı" xəbər verir ki, bunu Bakıda jurnalistlərin suallarını cavablandıran ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.
“Bizim nümayəndə heyətimizin tərkibinə və Azərbaycana göstərilən marağa baxsanız, bunun son dərəcə geniş olduğunu görərsiniz”, - deyən Kuş Çoksi əlavə edib ki, nümayəndə heyətinin tərkibində telekommunikasiya, enerji, müdafiə, səhiyyə, rəqəmsal ödəniş sistemləri, istehsalat sahələrində fəaliyyət göstərən şirkətlər və banklar var.
Digər xəbərlər