NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

“ACWA Power” şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması layihəsi müzakirə edilib

...

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə ölkəmizlə “ACWA Power” şirkəti arasında uğurlu layihələrin həyata keçirildiyi vurğulanıb. Tərəflər ölkəmizdə həyata keçiriləcək dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icra vəziyyətini nəzərdən keçiriblər.

Su ehtiyatlarının səmərəli idarə olunması və dayanıqlı inkişaf məqsədləri çərçivəsində gələcək potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bu kimi təşəbbüslərin Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı, yüksək texnoloji bilik və innovasiyaların transferi baxımından əhəmiyyəti vurğulanıb.

Nəşr edilib : 12.09.2025 16:58