Azərbaycan hərbi pilotları hava kəşfiyyatının apar...
15:35 03.11.2026
0
0
0
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 3-də beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin, eləcə də beynəlxalq daşımalar üzrə operatorların məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar keçirilib.
DİM-dən bildirilib ki, imtahanlar mərkəzin elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb. Namizədlər imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt bitdikdən sonra nəticələri ilə tanış olublar. Nəticələr DİM-in internet saytında da yerləşdiriləcək.
Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanında 90 namizəd iştirak edib, onlardan 15-i müvəffəqiyyət qazanıb. Operatorların məsul şəxsləri üçün keçirilən imtahanda isə 14 namizəddən 5-i uğurlu nəticə göstərib. Ölkədaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin imtahanında 66 namizəddən 46-sı, yük daşımalarını həyata keçirən sürücülərin imtahanında isə 113 namizəddən 63-ü müvəffəqiyyət əldə edib.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası noyabrın 4-də və 5-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
Digər xəbərlər