Parlament “Hərbi vəzifə və hərbi xidmət haqqında q...
13:04 03.11.2026
0
0
0
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 5-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanacaq. Saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar. İmtahanın keçiriləcəyi yer, vaxt, bina və digər zəruri məlumatlar namizədlərin imtahana buraxılış vərəqələrində qeyd olunub.
İmtahanlarda iştirak etmək üçün qeydiyyat oktyabrın 2-dən 22-dək aparılıb və bu müddətdə 1824 namizəd ərizə təqdim edib.
Qeydiyyatdan keçmiş namizədlər imtahana buraxılış vərəqələrini DİM-in internet saytında yerləşən “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsilə əldə edə bilərlər. İmtahana gələn namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini təqdim etməlidirlər. İmtahanlar kompüterlər vasitəsilə elektron formada Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanların təşkili üçün 2 ümumi imtahan rəhbəri, 20 zal administratoru, 122 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı cəlb olunub.
Digər xəbərlər