Parlament “Hərbi vəzifə və hərbi xidmət haqqında q...
13:04 03.11.2026
0
0
0
Özbəkistan Mərkəzi Bankının nümayəndə heyəti maliyyə texnologiyaları və innovasiyalar sahəsində təcrübə mübadiləsi məqsədilə Azərbaycan Mərkəzi Bankında (AMB) işgüzar səfərdə olub.
AMB-dən bildirilib ki, səfərin ilk günündə Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov nümayəndə heyəti ilə görüşüb. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti, maliyyə sektorunda innovasiyaların təşviqi və iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Səfər zamanı keçirilən görüşlərdə Mərkəzi Bankın “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində həyata keçirdiyi təşəbbüslər, tətbiq olunan tənzimləmə yanaşmaları və əldə edilmiş nəticələr barədə məlumat verilib. Bu zaman rəqəmsal maliyyə ekosisteminin inkişafı, innovativ maliyyə həllərinin təşviqi, ödəniş sistemləri və məhsullarının inkişaf etdirilməsi, müvafiq infrastrukturun təkmilləşdirilməsi və maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.
Özbəkistan Mərkəzi Bankının nümayəndələri isə maliyyə texnologiyaları strategiyasının hazırlanması, bu sahədə müəyyən edilmiş prioritetlər və əsas inkişaf istiqamətləri üzrə öz ölkələrinin təcrübəsini bölüşüblər.
Digər xəbərlər