Azərbaycan hərbi pilotları hava kəşfiyyatının apar...
15:35 03.11.2026
0
0
0
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) Xəzər dənizində beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsini dağıdıb. Əməliyyat zamanı beş nəfər saxlanılıb, 109 kiloqram narkotik maddə müsadirə edilib.
"Şərq qapısı" MTK-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, Sərhəd Xidməti MTK-nın Manqistau vilayəti üzrə Departamenti ilə birlikdə qayıqda qaçmağa cəhd edən üç xarici vətəndaşı saxlayıb. Sahil ərazilərində daha iki Qazaxıstan vətəndaşı saxlanılıb.
Əməliyyat zamanı 22 kiloqram tiryək, 27 kiloqram həşiş, 60 kiloqram marixuana və kiçik sürət qayığı müsadirə edilib.
Faktla bağlı məhkəməyəqədər araşdırma başlanılıb.
Digər xəbərlər