NAXÇIVAN :

01 Oktyabr 2026, Cümə axşamı

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

...

Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir.

"Şərq qapısı" xəbər verir ki, sərgidə zirehli texnikadan pilotsuz sistemlərə, müxtəlif avadanlıqlardan müdafiə sənayesinin yeni texnoloji imkanlarına qədər geniş çeşidli məhsullar təqdim olunur.

“ADEX 2026” ilə paralel keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində təhlükəsizlik və mühafizə sistemləri, xilasetmə vasitələri və fövqəladə halların idarəolunması sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir.

“ADEX 2026” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir.

Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.

Sərgilər oktyabrın 2-dək davam edəcək.

Nəşr edilib : 01.10.2026 10:11