NAXÇIVAN :

27 Noyabr 2026, Cümə

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb

...

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Şərq qapısı" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

8. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

11. Babək prospekti, mərkəz istiqamətində;

12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan yolda.

Nəşr edilib : 26.11.2026 08:40