NAXÇIVAN :

26 Noyabr 2026, Cümə axşamı

Babək rayonunda ağır qəza, xəsarət alanlar var

...

"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində baş verib. Belə ki, "Changan" və "AZSamand" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Qəza zamanı xəsarət alanlar – 1982-ci il təvəllüdlü Qənbərov Mehman Qənbər oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Anar Asəf oğlu, 1988-ci il təvəllüdlü Şirinov Seyhun Əsəd oğlu, 1991-ci il təvəllüdlü Qənbərzadə Nərmin İsmayıl qızı və 1990-cı il təvəllüdlü Qənbərova Nuranə Hidayət qızı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. 
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 26.11.2026 23:13