İstanbulda Türkiyə və Yunanıstan prezidentlərinin ...
19:24 28.11.2026
0
0
0
NAXÇIVAN :
28 Noyabr 2026, Şənbə
Noyabrın 26-da AMEA-da 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuş doktorantların dissertasiya mövzusu və elmi rəhbərlərinin təsdiqinə həsr olunmuş iclas keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib. Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, artıq ənənə halını alan bu görüşlər doktoranturaya qəbulun nəticələrinin müzakirəsi, dissertasiya mövzularının nəzərdən keçirilməsi və elmi rəhbərlərin təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, doktorantların dissertasiya mövzuları əvvəlcə müvafiq elmi müəssisə və təşkilatlarda, şöbələrdə müəyyənləşdirilib, elmi şuralarda müzakirə olunub. Daha sonra Humanitar Elmlər Bölməsinin və İctimai Elmlər Bölməsinin iclaslarında təkrar nəzərdən keçirilərək təkmilləşdirilib və təsdiq üçün Rəyasət Heyətinə təqdim olunub. AMEA rəhbəri cari ilin mövzuları müəyyənləşdirilərkən dövlətimizin prioritetlərinin və müasir dünya elminin çağırışlarının nəzərə alındığını söyləyib.
Akademik İsa Həbibbəyli bildirib ki, elmi-tədqiqat mövzularının adlandırılmasında Azərbaycan dilinin imkanlarından geniş istifadə edilməli, zərurət olmadığı halda alınma sözlərə üstünlük verilməməlidir. AMEA prezidenti qeyd edib ki, bu tələb ölkə rəhbərliyinin həyata keçirdiyi dil siyasətinin və azərbaycançılıq ideologiyasının əsas prinsipləri ilə uzlaşır. O, elmi müəssisə rəhbərlərinin və elmi şuraların dissertasiya mövzularını təsdiq üçün təqdim etməzdən əvvəl bu məsələyə xüsusi həssaslıqla yanaşmalı olduqlarını bildirib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri 2026-cı il üçün doktoranturaya qəbulun nəticələri haqqında məlumat verib. Sərxan Xavəri bildirib ki, müvafiq qanunvericiliyin və doktoranturaya qəbul qaydalarının tələblərinə uyğun imtahanlar keçirilib. Şöbə müdiri diqqətə çatdırıb ki, müəyyən edilmiş prosedurlara uyğun olaraq, dissertasiya mövzuları AMEA-nın elmi müəssisə və təşkilatlarının elmi şuralarında geniş müzakirə edilib.
Daha sonra akademik İsa Həbibbəylinin rəhbərliyi ilə doktorantların dissertasiya mövzuları geniş müzakirə edilib, bir sıra mövzuların adlarında düzəlişlər olunub.
Sonda 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuş doktorantların dissertasiya mövzusu və elmi rəhbərləri təsdiqlənib.
Digər xəbərlər