Bakıda günəş elektrik stansiyası və Batareya Enerj...
12:15 17.09.2026
0
0
0
İşğal dövründə tarixi-dini abidələrimiz ciddi dağıntılara, vandalizmə məruz qalıb. Onların bir qismi tamamilə məhv edilib.
"Şərq qapısı" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" adlı konfransda çıxış edərkən deyib.
"Çox təəssüf hissi ilə qeyd etmək istəyirik ki, işğal dövründə bir çox dini ibadət məkanlarımızda, məscidlərimizdə, təhqiramiz hərəkətlər edilib. Biz bu acı həqiqətləri yaşamışıq. Ona görə postmünaqişə dövründə dövlətimiz tərəfindən Qarabağda və Şərqi Zəngəzurdakı həmin abidələrin bərpası istiqamətində çox intensiv tədbirlər həyata keçirilir. Artıq bir çox tarixi-mədəni, dini abidələrimiz bərpa olunub və bu proses davamlı olaraq həyata keçirilməkdədir",- deyə nazir qeyd edib.
Adil Kərimli Nazir bildirib ki, postmünaqişə dövrünün yaratdığı mənfi hallardan biri də minalanmış ərazilərdə tarixi-mədəni irsin, xüsusilə də dini ibadət məkanlarının qorunması ilə bağlı yaranan problemdir.
Digər xəbərlər