NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

AFFA rəsmisi "UEFA Diploma in Football and Leadership Management" təhsil proqramını uğurla başa vurub

...

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA Akademiyası və Lozanna Universitetinin birgə təşkil etdiyi "UEFA Diploma in Football and Leadership Management" (DFLM) təhsil proqramını uğurla başa vurub.
"Şərq qapısı" xəbər verir ki, diplomun müdafiəsi zamanı mümkün olan maksimum balı toplayan E.Məmmədov qeyd olunmuş proqramı Fərqlənmə Diplomu (Diploma of Distinction) ilə bitirib.
Proqram futbol idarəçiliyi sahəsində Avropa səviyyəsində nəzəri və praktiki biliklərin inkişaf etdirilməsinə yönəlib.
Təqdimetmə mərasimi İsveçrənin Sierre şəhərində baş tutub.

Nəşr edilib : 31.08.2025 19:30