Muxtar Babayev: Yeni NDC-lər yaşıl investisiyalar ...
21:54 26.06.2025
0
0
0
NAXÇIVAN :
26 Iyun 2025, Cümə axşamı
“Bu gün artıq Azərbaycanın bütün bölgələrində Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı ictimai-siyasi tədbirlər keçirilir. Bu da onu göstərir ki, Azərbaycan xalqı bu ideyanı – Prezidentimizin Qərbi Azərbaycana qayıdış ideyasını dəstəkləyirlər və bu artıq milliləşib. Yəni dövlətçilik ideologiyasının bir hissəsinə çevrilir. Bir şeyi ki, bütün xalq istəyir, bütün millət istəyir və bu ideyanı dəstəkliyirsə, həyata keçməlidir. Bu tədbirin xüsusilə son vaxtlar Naxçıvan Muxtar Respublikasında keçirilməsinin də özünəməxsus əhəmiyyəti vardır”.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qərbi Azərbaycan icmasının Amasiya rayonu üzrə icmanın sədri, akademik Abel Məhərrəmov “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və Böyük Qayıdış” respublika elmi konfransı çərçivəsində jurnalistlərə müsahibəsində deyib.
Akademik qeyd edib ki, bir müddət Naxçıvan Muxtar Respublikası, hətta İrəvan quberniyası ilə birlikdə fəaliyyət göstərib: “Bu bölgə İrəvanla çox sıx əlaqədə olub, İrəvana çox yaxın bölgədir. Biz hesab edirik ki, Qərbi Azərbaycana qayıdış prosesi üzrə keçirilən konfransların Naxçıvan Muxtar Respublikasında təşkili daha məqsədəuyğundur. Çünki Qərbi Azərbaycana, İrəvana, Göyçəyə, Ağbabaya və digər bölgələrə yaxın yer Naxçıvan Muxtar Respublikasıdır. Burada olan bütün tədbirlərə erməni televiziyaları və radioları daim diqqət yetirir. Çünki mən o dili bir az bildiyimdən hərdən dinləyirəm proqramlarını. Digər bölgələrə reaksiyaları zəif olur”.
“Xüsusilə Naxçıvan Muxtar Respublikasında bir neçə dəfədir, bu tədbirlər yüksək səviyyədə keçirilir. Hər tədbirdən sonra onların narahatçılığı başlayır. Bu narahatçılıq da mənə elə gəlir ki, beynəlxalq müstəvidə həll olunan bir məsələ olacaqdır. Ora bizim əzəli torpaqlardır. Mən özüm əslən Qərbi Azərbaycandanam. Bizim ailə üç dəfə deportasiya görübdür. Onun biri mənim atam, anam və babamdır, ancaq ikisi mən özüm də bu deportasiya prosesinin iştirakçısı olmuşam. Ağbaba mahalından bizi köçürdüblər gəlmişik, biz əvvəl Azərbaycanın bir çox rayonlarında olmuşuq. Atam da o köçə rəhbərlik edirdi və mən Ağdam şəhərində olmuşam. Stalin öləndən sonra qayda-qanunlarda bir az yumşaqlıq yarandı və biz yenidən Qərbi Azərbaycana qayıtıq. 1988-ci ildə yenidən biz köçdük. Yəni bu gün gənclər elə bilir ki, bu deportasiya prosesi sadə bir hörmət-izzətlə yolasalma məsələsi ilə olubdur”, – deyə Abel Məhərrəmov vurğulayıb.
Aidə İBRAHİMOVA
Digər xəbərlər