Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.
Komitə sədri Əjdər Əliyev bildirib ki, iclasın gündəliyinə ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi daxil edilib.
İclasda qanun layihəsinə deputatlar tərəfindən hər hansı təklif olmadığından layihə mövcud redaksiyada Ali Məclisin plenar iclasının ikinci oxunuşda müzakirəsinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Digər xəbərlər