NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Ali Məclisin İqtisadi siyasət və Humanitar siyasət komitələrinin iclasları keçirilib

...

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Emin Şıxəliyev gündəliyə komitənin 2025-ci il payız sessiyası dövründə gördüyü işlər və qarşıdakı dövrdə görüləcək işlərin müzakirəsinin daxil olduğunu diqqətə çatdırıb.
Komitə sədri Emin Şıxəliyev iclasda Ali Məclisin 2025-ci ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda Ali Məclisin 2026-cı il yaz sessiyasında görüləcək işlər müzakirə olunub, komitə üzvlərinin çıxışları dinlənilib.

***

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin də iclası keçirilib.
Komitə sədri Ülkər Bayramova iclasın gündəliyinə yeddinci çağırış Ali Məclisin Humanitar siyasət komitəsinin 2025-ci ilin ötən dövrü ərzində fəaliyyətinə dair hesabatının daxil edildiyini bildirib. 
Ülkər Bayramova Ali Məclisin 2025-ci il payız sessiyası ərzində komitənin fəaliyyətinə dair hesabatını diqqətə çatdırdıqdan sonra gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb, komitə üzvlərinin çıxışları dinlənilib.

 Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 30.01.2026 21:05