NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Macarıstanda Azərbaycan-TDT əməkdaşlığı müzakirə edilib

...

Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova Türk Dövlətləri Təşkilatının (TDT) bu ölkədəki nümayəndəliyinin rəhbəri Balaş Hendrixlə görüşüb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Görüş zamanı Azərbaycanın TDT-yə sədrliyi, birgə layihələr, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.

Xatırladaq ki, E. Cəfərova sentyabrın 21-də Macarıstanın "Eötvös Loránd" Universitetində Azərbaycanın xarici siyasəti barədə mühazirə ilə çıxış edib.

Nəşr edilib : 22.09.2026 23:04