“Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdima...
20:52 06.11.2026
0
0
0
Azərbaycan Güləş Federasiyasında (AGF) Azərbaycanın coğrafi-iqtisadi bölgüsünə uyğun olaraq 14 regional nümayəndəlik formalaşdırılıb.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəlikdə koordinator vəzifəsinə Əməkdar məşqçi Faiq İsgəndərov təyin olunub. Hazırda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışan, F.İsgəndərov 2015-2022-ci illərdə Naxçıvan Güləş Federasiyasının sədr müavini olub.
Qeyd edək ki, AGF-də regional koordinatorlarla görüş keçirilib və nümayəndəliklərin fəaliyyət istiqamətləri, koordinatorların vəzifə öhdəlikləri, regionlarda güləşin inkişaf strategiyası və qarşıda duran vəzifələr müzakirə edilib.
Digər xəbərlər