NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Alman mediası: "Qarabağ" Çempionlar Liqasında "Ayntraxt"ın ümidini öldürdü

...

UEFA Çempionlar Liqasının ümumi mərhələsində Ağdamın "Qarabağ" klubunun növbəti qələbəsi - bu dəfə alman "Ayntraxt"ı 3:2 hesabı ilə məğlub etməsi - Almaniya KİV-lərinin diqqətindən kənarda qalmayıb.

"Şərq qapısı" xəbər verir ki, oyunun nəticələrinin alman KİV-ləri tərəfindən necə qiymətləndirildiyinə dair icmal hazırlayıb.

Ümumilikdə, Almaniyada bu məğlubiyyəti ağrılı qarşılayıblar: alman mətbuatı yekdilliklə klubun Çempionlar Liqasından çıxması və komandanın sistemli problemləri barədə yazıb.

DPA agentliyi yazıb ki, Bakıda Tofiq Bəhramov adına stadionda keçirilən matç "Ayntraxt" üçün turnir intiriqasını qorumaq üçün son şans idi. Lakin məğlubiyyət, oyuna əlavə edilən dəqiqələrdə buraxılan qol və müdafiədə səhvlər alman klubunu turnirdə mübarizəni davam etdirmək ümidindən tamamilə məhrum etdi.

"Ayntraxt" hələ də 2026-cı ildə qələbə qazana bilmir və Çempionlar Liqasını vaxtından əvvəl tərk edir. Baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmittin komandası oyun ərzində hesabda irəlidə olmasına baxmayaraq, Bakıda 2:3 hesabı ilə məğlub oldu. Beləliklə, "Ayntraxt"ın turnirdəki son matçı – evdə "Tottenhem"lə – artıq turnir əhəmiyyəti daşımayacaq", - agentlik qeyd edib.

Nəşr edilib : 22.01.2026 12:21