NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Alparslan Bayraktar: Türkiyədən çəkiləcək elektrik xətti Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək

...

“Qlobal bazarlarda etibarlı tərəfdaş olmağa davam edəcəyik”.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə IV Enerji Forumu çərçivəsində iki ölkənin enerji potensialından danışarkən bildirib.

Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan malik olduqları geostrateji mövqe, zəngin resurslar və inkişaf etmiş infrastruktur sayəsində bir-birini tamamlayan rollar oynayır, eyni zamanda, regional və qlobal enerji təchizat təhlükəsizliyinə əhəmiyyətli töhfə verirlər.

Türkiyəli nazir Naxçıvanın enerji təminatından da söz açıb: “Türkiyə ilə Naxçıvanı birləşdirəcək elektrik xətti layihəsinin tamamlanması Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək və ölkələr arasında elektrik ticarətini yeni mərhələyə çıxaracaq”.

Nəşr edilib : 04.09.2025 16:18