Azərbaycan Güləş Federasiyasının Etika və İntizam ...
23:54 13.05.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki xilaskar rolundan və onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. O həmçinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin ölkənin mədəni-ictimai inkişafı üçün əhəmiyyətini vurğulayıb.
Tədbirdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Zeynəb Quliyeva, Nuray Əliyeva və Asəf Orucov müxtəlif mövzularda məruzə ilə çıxış ediblər. Məruzələrdə Ulu Öndərin müstəqil Azərbaycanın qurulması, milli-mədəni irsin və ana dilinin saflığının qorunması, habelə uğurlu xarici siyasət strategiyasının, o cümlədən "Əsrin müqaviləsi"nin tarixi əhəmiyyəti ətraflı təhlil olunub.
Sonda Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın bu gün regionun lider dövlətinə çevrildiyi diqqətə çatdırılıb.
Digər xəbərlər