Eşqi Bağırov: “Rəqəmsal bacarıqlar” layihəsi 528 m...
11:00 11.09.2026
0
0
0
NAXÇIVAN :
11 Sentyabr 2026, Cümə
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlı uşaqlar və gənclər üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb.
Assosiasiyadan bildirilib ki, layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə və inkişaf etdirməsinə dəstək olmaq, onların milli kimliyini qorumaq, Azərbaycanla bağlarını möhkəmləndirmək və milli şüurlu insan kapitalının formalaşmasına töhfə verməkdir.
Layihədə xaricdə yaşayan 6–18 yaş arası azərbaycanlı uşaqlar və gənclər iştirak edə bilərlər. İştirakçılar yaş qruplarına və Azərbaycan dili üzrə bilik səviyyələrinə uyğun olaraq qruplara bölünəcəklər:
6–10 yaş – kiçik yaş qrupu
11–13 yaş – orta yaş qrupu
14–18 yaş – yuxarı yaş qrupu
Tədris prosesi onlayn formatda təşkil olunacaq. Dərslər sentyabrın 25-dən başlayacaq və həftədə iki dəfə keçiriləcək. Tədris təcrübəli müəllimlər tərəfindən interaktiv və iştirakçıların yaş xüsusiyyətlərinə uyğun metodlarla həyata keçiriləcək.
Tədris proqramı Azərbaycan dili üzrə başlanğıc, orta və yüksək səviyyələr üzrə hazırlanıb. İştirakçıların qruplara düzgün bölüşdürülməsi zamanı onların yaşları, dil bilikləri və yaşadıqları ölkələrin vaxt zonaları nəzərə alınacaq.
Qeydiyyatdan keçən iştirakçıların Azərbaycan dili üzrə bilik səviyyələrinin müəyyənləşdirilməsi məqsədilə əvvəlcədən qısa dil yoxlaması aparılacaq.
Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dili üzrə bilik səviyyələrinə uyğun sertifikat təqdim olunacaq.
Xaricdə yaşayan və övladlarının Azərbaycan dilini öyrənməsini, ana dili ilə bağlarını qorumasını və Azərbaycanla əlaqələrini möhkəmləndirməsini istəyən valideynlər layihədə iştirak üçün qeydiyyatdan keçə bilərlər.
Digər xəbərlər