Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərin...
18:19 14.09.2026
0
0
0
Seyid Yəhya Bakuvinin mənəvi irsi bu gün də bəşəri əhəmiyyətini qoruyub saxlayır. Onun Bakıda – İçərişəhərdə, Qala divarları və Şirvanşahlar Sarayı Kompleksinin yerləşdiyi, UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilmiş tarixi məkanda yerləşən türbəsi bu irsin Azərbaycan və dünya mədəniyyətindəki mühüm yerini göstərir.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri UNESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri Anar Kərimov “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda keçirilən I Beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Anar Kərimov qeyd edib ki, 2013-cü ildə Seyid Yəhya Bakuvinin anadan olmasının 550 illik yubileyi UNESCO-nun Parisdəki mənzil-qərargahında böyük təntənə ilə qeyd olunub.
“Seyid Yəhya Bakuvinin irsi göstərir ki, həqiqi mərifət insanı dünyadan təcrid etmir. Əksinə, insanı digər insanlara, ədalətə və səbrə daha da yaxınlaşdırır. Xəlvətilik yolunun əsasını təşkil edən nəfsin tərbiyəsi və daxili intizam prinsipləri mötədil din anlayışının formalaşmasına mühüm zəmin yaradıb. Bu mənəvi yanaşmanın müasir nümunələrindən biri də bu gün İçərişəhərdə Seyid Yəhya Bakuvinin məzarının yanında yerləşən Tolerantlıq Evidir”, - deyə o bildirib.
Digər xəbərlər