NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

İrakli Kobaxidze: Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir

...

Bu gün regionda davam edən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqaz ölkələri arasında sülhün və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan həmişə regionda dinc yanaşı yaşama və dialoqun güclü tərəfdarı olub.

"Şərq qapısı" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Azərbaycan arasında birgə Hökumətlərarası Komissiyasının 11-ci iclasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan ilə Azərbaycanı əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Xalqlarımız əsrlər boyu yan-yana yaşayıb, bir-birinin adət-ənənələrinə və milli maraqlarına hörmətlə yanaşıblar və məhz bu qarşılıqlı hörmət tərəfdaşlığımızın möhkəm təməli olub və qalmaqdadır.

“Strateji tərəfdaşlığımız ən yüksək səviyyədə müntəzəm siyasi dialoqla müşayiət olunur. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana bu yaxınlarda etdiyi səfəri xüsusi qeyd etmək istərdim ki, bu səfər münasibətlərin inkişafı və daha da dərinləşdirilməsində qarşılıqlı marağı bir daha təsdiqlədi”, - deyə Kobaxidze bildirib.

O deyib: “Gürcüstan həmişə regionda dinc yanaşı yaşamağın və dialoqun güclü tərəfdarı olub. Buna uyğun olaraq, qonşu ölkələrimiz arasında başlanan sülh prosesini alqışlayırıq və ümid edirik ki, bu, regionda uzunmüddətli sülhün bərqərar olması və onun iqtisadi inkişafı üçün ilkin şərt olacaq”.

Nəşr edilib : 30.10.2026 12:57