Rusiyanın genetik bioresursları milli məlumat baza...
01:13 12.08.2026
0
0
0
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarus Respublikasının Dövlət Toxumçuluq, Karantin və Bitkilərin Mühafizəsi üzrə Baş Dövlət Müfəttişliyi arasında fitosanitar sertifikatların elektron məlumat mübadiləsinə dair onlayn görüş keçirilib.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə fitosanitar sertifikatların elektron mübadiləsinin biznes prosesləri, texniki inteqrasiya yanaşmaları, məlumatların formatları, informasiya təhlükəsizliyi tələbləri, eləcə də sistemlərarası qarşılıqlı əlaqə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər fitosanitar sertifikatların elektron məlumat mübadiləsinə dair ilkin fəaliyyət planını təkmilləşdirərək növbəti görüşdə razılaşdırmaq qərarına gəliblər.
Digər xəbərlər