NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb

...

Azərbaycan Respublikasının Auditorlar Palatası (ARAP) ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb.

"Şərq qapısı" xəbər verir ki, memorandumu Auditorlar Palatasunin sədri Vahid Novruzov və Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Samiullah Siddiqui imzalayıblar.

Memorandum sentyabrın 16-da Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində imzalanıb.

Nəşr edilib : 16.09.2026 14:41