Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüs...
16:15 16.09.2026
0
0
0
Azərbaycanın Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
"Şərq qapısı" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşündə baş tutub.
Nazir bildirib ki, görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə Orta Dəhliz, aviasiya, rəqəmsallaşma və təlim sahələrində gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparlıb.
"Orta Dəhlizin inkişafı, Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, eləcə də Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt, "Big Data", "IoT" və məlumat mərkəzləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.
Digər xəbərlər