NAXÇIVAN :

12 Sentyabr 2026, Şənbə

Azad edilmiş ərazilərdə 3 min hektardan çox sahədə müasir suvarma sistemləri tətbiq olunur

...

Azad edilmiş ərazilərdə 3 min hektardan çox sahədə müasir suvarma sistemlərinin tətbiqi ilə əkin aparılır.

"Şərq qapısı" xəbər verir ki, bunu Kəlbəcərdə II Bal Festivalında kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə dövlət dəstəyi və təşviq mexanizmləri hesabına müasir suvarma sistemlərinin tətbiqi genişləndirilir. Bu da məhsuldarlığın artırılmasına ciddi təsir göstərir.

Nazir əlavə edib ki, kəndlərə köçürülən əhaliyə torpaq sahələrinin ayrılması prosesi də davam edir. Hazırda Ağdamın üç kəndində torpaqların təhkim olunması ilə bağlı elan verilib və oktyabrın 1-dək müraciətlərin qəbulu nəzərdə tutulub.

Nəşr edilib : 12.09.2026 20:30