Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli ...
21:02 12.09.2026
0
0
0
Ötən il keçirilən 25-ci Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkasında ümumilikdə 83,5 ton arıçılıq məhsulunun satışı həyata keçirilib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərdə ikinci Bal Festivalında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunan yarmarkada Azərbaycanın 30-dan çox regionundan 300-ə yaxın arıçı fermer iştirak edib.
Onun sözlərinə görə, yarmarka çərçivəsində arıçılara məhsulların qablaşdırılması və brendləşdirilməsi istiqamətində dəstək göstərilib.
Məcnun Məmmədov qeyd edib ki, bu tədbirlər arıçılıq məhsullarının daxili bazarda daha uğurlu təqdimatı, eləcə də gələcəkdə ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazir vurğulayıb ki, Kəlbəcərdə nümayiş olunan məhsulların artıq brendləşmiş şəkildə təqdim edilməsi bu istiqamətdə görülən işlərin nəticəsidir.
Digər xəbərlər