NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Azərbaycan Astanada MDB ölkələri DİN nümayəndələrinin iclasında iştirak edib

...

Astanada MDB-yə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməliyyat bölmələri rəhbərlərinin mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə həsr olunmuş iclası keçirilib.

"Şərq qapısı" Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın Daxili İşlər nazirliklərinin nümayəndələri məruzələrlə çıxış ediblər.

İclasda qanunsuz silah dövriyyəsi kanallarının qarşısının alınması, əməliyyat məlumatları mübadiləsinin gücləndirilməsi və cinayətkar qruplarla mübarizə tədbirləri müzakirə edilib.

Nəşr edilib : 16.06.2025 16:06