NAXÇIVAN :

21 Avqust 2026, Cümə

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

...

Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.
Azərbaycan Boks Federasiyasından "Şərq qapısı"na verilən məlumata görə, yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb. 60 kiloqramda çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.
Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olub. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kiloqram) 3-cü yeri tutub.

Nəşr edilib : 21.08.2026 19:46