NAXÇIVAN :

26 Avqust 2026, Çərşənbə

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırılıb

...

Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qalxıb, növbələr minimuma enib.

Bu barədə  Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Azərbaycandan çıxış istiqamətində "Qırmızı Körpü" dövlət sərhədindən buraxılış məntəqəsində 330, "Mazımqara" dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.

Nəşr edilib : 26.08.2026 12:24